Qarabağ Dirçəliş Fondu Katiblik və ümumi işlər şöbəsinin referenti vəzifəsinə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
- Fondun kargüzarlıq işinin Azərbaycan Respublikasının qanunvericiliyinin və normativ-hüquqi aktlarının tələblərinə uyğun şəkildə təşkili və aparılmasını təmin etmək;
- Elektron sənəd dövriyyəsi sistemində daxil olan və göndərilən sənədlərin qeydiyyatını, icrasına nəzarəti və müvafiq qaydada rəsmiləşdirilməsini həyata keçirmək;
- Fondun sənəd dövriyyəsinin təşkilini, sənədlərin hərəkətinə nəzarəti və aidiyyəti üzrə vaxtında çatdırılmasını təmin etmək;
- Fondun arxiv işini təşkil etmək, sənədlərin sistemləşdirilməsi, saxlanılması və arxivləşdirilməsi proseslərini müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək;
- Dövlət qurumları və digər təşkilatlarla rəsmi və işgüzar yazışmaların hazırlanmasında və aparılmasında iştirak etmək;
- Fondun fəaliyyəti ilə bağlı məktubların, sorğuların, cavabların və digər rəsmi sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirmək;
- Kargüzarlıq, sənəd dövriyyəsi və arxiv işi sahəsində qüvvədə olan qanunvericiliyin və normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etmək;
- Azərbaycan dilini yüksək səviyyədə tətbiq etməklə rəsmi sənədlərin və yazışmaların düzgün, dəqiq və peşəkar şəkildə hazırlanmasını təmin etmək;
- Öz vəzifə öhdəliklərinin icrası zamanı yüksək məsuliyyət, operativlik, dəqiqlik və peşəkarlıq prinsiplərinə riayət etmək;
- Rəhbərlik tərəfindən verilən və tutduğu vəzifənin funksional istiqamətinə uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Təcrübə:
- Sənədləşmə sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
- Arzuolunan iş təcrübəsi – 2 il və ya daha artıq.
İş şəraiti:
- İş saatları – 09:30-dan – 18:30-dək.
- Şənbə, bazar istirahət günləridir.
Əmək haqqı:
Müsahibə zamanı əlavə məlumat veriləcək.



