Fəal, dinamik və sosial dəyişikliklərə açıq bir komandanın parçası olmaq istəyirsiniz? O zaman bu fürsət sizin üçündür! Yenilikçi ideyalarınız varsa, sosial layihələrdə iştirak etmək və cəmiyyətə töhfə vermək istəyirsinizsə, meyarlarla tanış olub ərizə formasını dolduraraq bizə qoşula bilərsiniz!
Son tarix: 26 oktyabr 2025
Qeyd:
Müraciət etməzdən öncə təşkilatın üzvlük qaydaları və nizamnaməsi ilə tanış olun.
Beynəlxalq layihələrə (Erasmus+, SALTO-Youth və s.) müraciət üçün üzvlük tələb edilmir.
ESC könüllülük layihələrində iştirak üçün göndərən təşkilat dəstəyi göstərilir (əlaqə: evs@csyo-az.org).
Namizədlik mərhələsində fiziki iştirak vacibdir, onlayn üzvlük mövcud deyil.
Ərizə formasını səmimi və özünüzü ifadə edəcək şəkildə doldurun — sizi ən yaxşı siz tanıda bilərsiniz!



