spot_img
HomeKaryera“Sea Breeze Construction” MMC Layihə rəhbəri vakansiyasını elan edir
spot_img

“Sea Breeze Construction” MMC Layihə rəhbəri vakansiyasını elan edir

Əsas vəzifə öhdəlikləri:

• Layihələr üzrə son tarixləri müəyyən etmək, vəzifə bölgüsünü düzgün aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək; 
• İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
• Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;
• Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək
• Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
• Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
• Tikinti layihələrinin bütün mərhələlərində (planlaşdırma, icra və yekun) rəhbərlik edərək işlərin vaxtında və keyfiyyətlə tamamlanmasını təmin etmək; 
• Gündəlik tikinti prosesini idarə etmək, mühəndis və texniki heyət arasında koordinasiyanı təmin etmək; 
• Layihə üçün tələb olunan icazə və sənədlərin hazırlanmasına nəzarət etmək və müvafiq qurumlarla əlaqələri təşkil etmək; 
• İş qrafikini və resurs planlamasını hazırlamaq, material, texnika və işçi qüvvəsinin vaxtında təmin olunmasını təşkil etmək; 
• Təchizat prosesinə nəzarət etmək, material və avadanlıqların layihə tələblərinə uyğun istifadəsini təmin etmək; 
• Layihə üzrə hesabatların (Forma-2 və s.) hazırlanmasına və düzgünlüyünə nəzarət etmək;
• İşçilərin fəaliyyətini təşkil etmək, əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

Namizədə tələblər:

• Müvafiq sahə üzrə ali təhsil;
• 5 ildən artıq iş təcrübəsi;
• Kompyuter bilikləri – MS Office, AutoCad;
• Komandanı idarə etmək bacarığı;
• Yüksək təşkilatçılıq və liderlik;
• Təşəbbüskarlılıq və tələbkarlılıq;
• Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
• Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilmək;
• Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
• Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilmək;
• Layihələri oxumağı və təhlil etməyi bilməli;
• Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilmək;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
• Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilmək.

İş qrafiki: I–VI günlər
Əmək haqqı: Namizədin təcrübə və gözləntilərinə uyğun olaraq müəyyən ediləcək.

Maraqlanan namizədlər CV-lərini recruitment@seabreeze.az ünvanına göndərərək mövzu hissəsində “Layihə rəhbəri” qeyd edə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar