Bu proqram sadəcə öyrənmə imkanı deyil, eyni zamanda iş fürsəti qazandıracaq.
Proqramı yalnız uğurla tamamlayan və yüksək nəticə göstərən iştirakçılar birbaşa TCS-də daimi işlə təmin olunacaqlar!
Axtarılan Namizədlər:
• SƏTƏM sahəsində karyerasına başlamaq istəyən yeni məzunlar
• Əməyin təhlükəsizliyi sahəsinə keçid etmək istəyən peşəkarlar
• Beynəlxalq standartlara uyğun təlimlərin keçirilməsi sahəsində praktiki təcrübə qazanmaq istəyən mövcud mütəxəssislər
Qazanacaqlarınız:
• Müasir Güzdək Təlim Mərkəzində praktiki təcrübə
• Sinif və sahə məşğələləri zamanı təlimçilərə dəstək göstərərək birbaşa iş təcrübəsi
• Təlimlərin koordinasiyası, qiymətləndirilməsi və sertifikatlaşdırılması prosesləri üzrə praktiki bacarıqlar
• Ən uğurlu iştirakçılar üçün TCS-də daimi əmək müqaviləsi ilə iş imkanı
Namizədlər üçün Tələblər:
• SƏTƏM, mühəndislik və ya əlaqəli sahə üzrə təhsil
• İngilis dili biliyi (arzuolunandır)
• Öyrənməyə həvəsli, məsuliyyətli və komanda ilə işləmək bacarığı
Proqram Haqqında:
• Müddət: 2 ay
• Qəbul üzrə iştirakçı sayı: maksimum 5 nəfər
• Məkan: Güzdək Təlim Mərkəzi
Müraciət üçün:
TCS-də karyeranızı qurmaq üçün ilk addımı atın! CV-nizi mövzu hissəsində “SƏTƏM Təcrübəçi” qeyd etməklə office@tcsgl.com ünvanına göndərin.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 16.06.2026



