Nəzəri bilikləri real təcrübəyə çevirməyin vaxtı gəldi! Software Village olaraq, gələcəyin IT mütəxəssislərini yetişdirmək üçün xüsusi seçimlə həyata keçiriləcək “Yeni Nəsil Staj və Təcrübə Proqramı”na qəbul elan edirik.
https://lnkd.in/dAsY9mgw
Bu təcrübə proqramı ənənəvi, passiv staj proqramlarından tamamilə fərqlənir.
Proqramda sizi nələr gözləyir?
Real Şirkət Mühiti:
Şirkətlərin gündəlik həll etdiyi real biznes və texnologiya problemləri.
Agile Komanda İşi:
Müasir iş dünyasının tələbi olan Agile/Scrum metodologiyası ilə komanda şəklində işləmək bacarığının inkişafı.
Peşəkar Mentorluq dəstəyi:
Sahənin mütəxəssislərindən davamlı geri dönüşlər və müasir Süni İntellekt (AI) alətlərinin iş prosesinə inteqrasiyası.
Güclü Portfel:
Sektorun tələblərinə cavab verən, CV-nizi sıfırdan zirvəyə daşıyacaq real layihələr.
Kimlər müraciət edə bilər?
IT, proqramlaşdırma(Front-end, Backend, Mobil proqramlaşdırma) və Data Analitika sahələrindən birində təməl biliklərə malik olan, öyrənməyə həvəsli və karyerasında yüksəliş etmək istəyən hər kəs!
Seçim Prosesi:
Təcrübə proqramına qəbul xüsusi anket mərhələsi və dəyərləndirmə əsasında aparılır. Form anketdə olan sualları diqqətlə, ətraflı və səmimi şəkildə cavablandırmağınız sizin proqrama qəbul şansınızı birbaşa müəyyən edəcək.
Uğurlar diləyirik!



