Statistik sorğuların keçirilməsi və məlumatların toplanması prosesində iştirak etmək üçün ödənişli əsaslarla namizədlərin seçimi elan olunur.
Kimlər müraciət edə bilər?
- Bakalavriat üzrə sonuncu kurs tələbələri
- Magistratura tələbələri
- Yeni məzunlar
Əsas tələblər:
- Statistik sorğuların aparılması və ya məlumatların toplanması sahəsində təcrübə
- Məlumatların toplanması, sistemləşdirilməsi və ilkin təhlili bacarığı
- Analitik düşüncə və detallara diqqət
- Vətəndaşlarla effektiv ünsiyyət qurmaq bacarığı
- Sorğu suallarını düzgün təqdim etmək və cavabları dəqiq qeyd etmək
- Komandada işləmək bacarığı
- Məsuliyyətlilik, operativlik və dəqiqlik
Üstünlük veriləcək namizədlər:
- Statistika, iqtisadiyyat, sosiologiya, riyaziyyat, data analitikası, ictimai idarəetmə və digər uyğun ixtisaslar üzrə təhsil alan və ya məzun olanlar
- Sorğu və tədqiqat layihələrində iştirak təcrübəsi olanlar
- Excel, SPSS, R, Python və digər məlumatların emalı və təhlili alətləri ilə işləmə bacarığı olanlar
İştirakçılar real statistik sorğuların keçirilməsi, məlumatların toplanması və ilkin təhlili prosesində iştirak etməklə praktiki təcrübə qazanacaqlar.
Bununla yanaşı, vətəndaşlarla birbaşa ünsiyyət, sahə təcrübəsi, analitik və kommunikasiya bacarıqlarının inkişafı imkanları əldə ediləcək.
Görülən işə uyğun ödəniş nəzərdə tutulur.



