“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Coğrafi İnformasiya Sistemləri və Layihələrin İdarəedilməsi Mərkəzinin Suvarma layihələrinin idarəedilməsi şöbəsinə Suvarma sistemləri üzrə mühəndis vakansiyasına namizədlərin axtarılır.
Təsvir:
-Suvarma sistemlərinin inşaası zamanı tələb olunan normativ sənədlər toplusunun hazırlanmasını və onların icra metodikasını bilməlidir;
-Suvarma sistemlərinə, nasos stansiyalarına texniki tapşırıqların BOQ-ların hazırlanmasını bilməlidir;
-Təsərrüfatlarda, iş yerlərində işlərin təhlükəsiz təşkili qaydalarını bilməlidir;
-Pivot yağışyağdırma qurğuları, damcılarla suvarma sistemləri, nasos stansiyalarının boru xətlərinin layihələndirilməsi, tikintisi və müəllif nəzarəti qaydaları haqqında anlayışları olmalıdır.
Namizədə dair tələblər:
-Tələb olunan ixtisas üzrə ali təhsil;
-Müvafiq sahə üzrə təcrübə müddəti 3 ildən yuxarı;
-Komputer proqramları biliyi (MicroStation V8i, AutoCad, MSSU, SasPlanet, Terra Model, NanCat, WACT);
-Normativ sənədlərlə işləmə və onların tərtib edilməsi üzrə iş təcrübəsi (İN və Q, AzDTN və s.);
-Ezamiyyələrdə iştirak etmək imkanı;
-Azərbaycan dilini əla bilməli, ingilis və rus dilləri arzu olunandır;
-Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı,problem həll etmə;
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
-Komanda ilə işləmək bacarığı;
-Analitik təhlil;
-Dəqiqlik;
-Gərgin iş qrafikinə uyğunlaşma bacarığı.
İş qrafiki:
-Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir.
-Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
-Əmək haqqı müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsinə “Suvarma sistemləri üzrə mühəndis” yazaraq s.zahidova@aqroservis.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
#işvar



