spot_img
HomeKaryeraTəhlükəsizlik bölməsinin müdiri vakansiyası
spot_img

Təhlükəsizlik bölməsinin müdiri vakansiyası


İş yeri: Qarabağ Universitetinin Klinikası. – Xankəndi şəhəri
İş qrafiki: Tam ştat

Vəzifə Öhdəlikləri:
·      Klinikada təhlükəsizliklə bağlı ümumi siyasətin hazırlanması, tətbiqi və icrasına nəzarət;
·      Fiziki və texniki təhlükəsizlik sistemlərinin (mühafizə, müşahidə kameraları, giriş-çıxış nəzarəti və s.) qurulması və fasiləsiz işləməsinin təmin edilməsi;
·      Klinikada əməkdaşların, pasiyentlərin və qonaqların təhlükəsizliyinin təmin olunması üçün profilaktik tədbirlərin görülməsi;
·      Fövqəladə hallar, yanğın təhlükəsizliyi və təxliyə planlarının hazırlanması, müvafiq təlimlərin təşkili;
·      Növbətçi heyət və mühafizəçilərin iş qrafiklərinin tərtibi və onların fəaliyyətinə daim nəzarət;
·      Təhlükəsizlik insidentləri və hadisələri ilə bağlı araşdırmaların aparılması, rəhbərliyə hesabatların təqdim edilməsi;
·      Ehtiyac üzrə aidiyyatı qurumlarla əlaqələrin qurulması və koordinasiyalı fəaliyyətin təşkili;
·      Klinikada təhlükəsizlik risklərinin dəyərləndirilməsi və minimuma endirilməsi üzrə təkliflərin hazırlanması.

Namizədə Tələblər:
·      Ali və ya orta ixtisas təhsili (Hüquq-mühafizə, təhlükəsizlik, hərbi və ya texniki sahələr üzrə üstünlük verilir);
·      Təhlükəsizlik və ya oxşar sahədə azı 5 il iş təcrübəsi, rəhbər vəzifədə ən az 3 il təcrübə üstünlükdür;
·      Fövqəladə hallar, yanğın təhlükəsizliyi və fiziki mühafizə üzrə biliklər;
·      Komanda idarəetməsi və planlaşdırma bacarıqları;
·      MS Office proqramlarında işləmə bacarığı;
·      Məsuliyyətli, çevik, nizam-intizamlı və diqqətli olmaq.


Müraciət Qaydası:
Maraqlanan şəxslər 15 sentyabr 2025-ci il tarixinədək kufmhs@karabakh.edu.az elektron poçt ünvanına “Təhlükəsizlik bölmə müdiri” başlığı ilə CV göndərməlidirlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar