İş öhdəliklərinin təsviri
• Universitetin strateji prioritetlərinə uyğun olaraq tələbə uğuru və tələbə təcrübəsinin inkişafı üzrə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və onların sistemli şəkildə həyata keçirilməsinə rəhbərlik etmək;
• Tələbələrin universitet mühitinə inteqrasiyasını, akademik və sosial uyğunlaşmasını dəstəkləyən orientasiya, mentorluq və digər tələbə dəstək mexanizmlərinin formalaşdırılması və inkişafına rəhbərlik etmək;
• Tələbələrin şəxsi və sosial inkişafını, rifahını, universitet həyatında fəal iştirakını və aidiyyət hissini gücləndirən proqram, layihə və təşəbbüslərin həyata keçirilməsini təmin etmək;
• Tələbə xidmətləri çərçivəsində inklüziv akademik dəstək, psixoloji sağlamlıq və məsləhət xidmətlərini təşkil etmək, tələbələrin emosional və psixi sağlamlığını dəstəkləmək üçün prioritetlər müəyyənləşdirmək və resursları bu istiqamətdə bölüşdürmək;
• Öyrənmə çətinlikləri ilə üzləşən tələbələrə göstərilən akademik dəstək proseslərinin təşkilinə rəhbərlik etmək;
• Tələbə klubları, tələbə təşəbbüsləri, könüllülük fəaliyyəti, sosial, mədəni və digər tələbəyönümlü fəaliyyətlərin inkişafını və effektiv koordinasiyasını təmin etmək;
• Tələbə uğuru və tələbə təcrübəsinin inkişafı istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsində iştirak etmək, beynəlxalq təcrübə və qabaqcıl yanaşmaların universitetin tələbə xidmətlərinə inteqrasiyasına töhfə vermək;
• Tələbələrin ehtiyaclarını, müraciətlərini və geribildirimlərini sistemli şəkildə izləmək və təhlil etmək, tələbə təcrübəsinin yaxşılaşdırılması istiqamətində aidiyyəti struktur bölmələrlə birgə həllərin hazırlanmasına rəhbərlik etmək;
• Tələbə iştirakçılığı, məmnuniyyəti və tələbə uğuru üzrə müvafiq göstəriciləri izləmək, nəticələri təhlil etmək və universitet rəhbərliyinə inkişaf istiqamətləri üzrə əsaslandırılmış təkliflər təqdim etmək;
• Şöbənin fəaliyyətinə və komandanın işinə rəhbərlik etmək, tələbə xidmətlərinin keyfiyyətinin, əlçatanlığının və davamlı inkişafının təmin olunmasına nəzarət etmək;
• Universitetin əlaqədar struktur bölmələri və fakültələri ilə yaxın əməkdaşlıq şəraitində fəaliyyət göstərmək.
Tələblər
• Təhsil, idarəetmə, psixologiya, sosial elmlər, humanitar elmlər və ya əlaqəli sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlük təşkil edir);
• Ali təhsil mühitində tələbələrlə iş, tələbə xidmətləri, tələbə inkişafı və ya əlaqəli istiqamətlər üzrə ən azı 7 il müvafiq iş təcrübəsi, o cümlədən 3 il idarəetmə təcrübəsi;
• Tələbə uğuru, tələbə inkişafı, tələbə təcrübəsi və tələbəyönümlü xidmətlərin təşkili üzrə müasir yanaşmalar haqqında sistemli bilik və təcrübə;
• Tələbələrin adaptasiyası, iştirakçılığı və rifahını dəstəkləyən proqram və təşəbbüslərin hazırlanması, həyata keçirilməsi və nəticələrinin qiymətləndirilməsi sahəsində təcrübə;
• Tələbə ehtiyaclarını və geribildirimlərini təhlil etmək, əldə olunan nəticələr əsasında xidmət və proseslərin inkişafına yönəlmiş həllər formalaşdırmaq təcrübəsi;
• Müxtəlif tələbə qrupları ilə effektiv ünsiyyət qurmaq, tələbəyönümlü və inklüziv yanaşmanı təşviq etmək, mürəkkəb və həssas məsələləri peşəkar şəkildə idarə etmək təcrübəsi;
• Güclü liderlik, strateji və analitik düşünmə, planlaşdırma, təşkilatçılıq, təşəbbüskarlıq və problem həlli bacarıqları;
• Akademik və inzibati struktur bölmələr, tələbələr və digər maraqlı tərəflərlə effektiv əməkdaşlıq və koordinasiya qurmaq təcrübəsi;
• Beynəlxalq tərəfdaşlarla əməkdaşlığın qurulması və idarə olunması, beynəlxalq təcrübə və qabaqcıl yanaşmaların öyrənilməsi və müvafiq fəaliyyət istiqamətlərinə uyğunlaşdırılması üzrə təcrübə;
• Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; ingilis dilində peşəkar fəaliyyət və beynəlxalq tərəfdaşlarla yazılı/şifahi ünsiyyət qurmaq bacarığı (minimum B2 səviyyəsi).
Müraciət etmək üçün
Təklif etdiyimiz üstünlüklər
• Rəqabətqabiliyyətli əməkhaqqı;
• Xankəndi şəhərində mənzil təminatı.
Müraciət qaydası
Namizədlər CV və Motivasiya məktublarını (hər ikisi mütləq) mövzu hissəsində “Tələbələrlə iş mərkəzinin müdiri” qeyd etməklə hr@qu.edu.az elektron poçt ünvanına təqdim edə bilərlər.
Qeyd: Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.



