spot_img
HomeKaryeraTƏBİB-də işləmək üçün indi müraciət edin
spot_img

TƏBİB-də işləmək üçün indi müraciət edin

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İnsan resursları departamentinə məsləhətçi / aparıcı / böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Tələb olunan bilik, təcrübə və bacarıqlar:
·      Ali təhsil: hüquq, humanitar, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil
·      İş təcrübəsi: İnsan resursları sahəsi üzrə 3-4 il
·      ƏMAS, elektron sənəd dövriyyəsi və digər dövlət portalları ilə işləmə bacarığı
·      Əmək qanunvericiliyini və kadr sənədləşməsini bilmək
·      Komputer biliyi: MS Office proqramlarında işləmək bacarığı
·      Sertifikat: SHRM / HRCI arzuolunandır
·      Dil bilikləri: İngilis dili arzuolunandır

Bacarıqlara dair tələblər:
·      Komandada işləmə
·      Məsuliyyətlilik, dürüstlük, çeviklik
·      Analitik düşüncə, planlaşdırma, nəticəyönümlülük
·      Səlis və işgüzar ünsiyyət bacarığı

İşin təsviri:
·      Struktur bölmələrin insan resursları ehtiyaclarının müəyyənləşdirilməsi və işə qəbul prosesinin tam dövrünün (elan, axtarış, seçim, müsahibə və təklif mərhələləri) idarə edilməsi
·      Struktur bölmə rəhbərləri ilə əməkdaşlıq edərək işçi ehtiyaclarının planlaşdırılması və optimal kadr təminatının təşkili
·      Əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və əmək münasibətlərinə xitam proseslərinin icrası
·      İnsan resursları fəaliyyəti ilə bağlı daxil olan vətəndaş və təşkilat müraciətlərinin araşdırılması, rəy və cavab layihələrinin hazırlanması
·      Əmək münasibətləri ilə bağlı yaranan məsələlər üzrə qüvvədə olan qanunvericiliyin tətbiqini təmin etmək və struktur bölmələrə dəstək göstərilməsi
·      İnsan resursları sahəsini tənzimləyən normativ hüquqi aktlarda dəyişikliklərin izlənilməsi, təhlili və tətbiqi üzrə təkliflərin hazırlanması
·      Kadr sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsi
·      ƏMAS və digər aidiyyəti dövlət informasiya sistemləri üzərindən əməliyyatların həyata keçirilməsi
·      İnsan resursları prosesləri üzrə daxili prosedur, qayda və normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsində iştirak edilməsi
·      İnsan resursları göstəricilərinin təhlili, hesabatların hazırlanması və insan resursları layihələrinin icrasında iştirak

Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
·       CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir
·       Mövzu sətrində “İR məsləhətçi/aparıcı/böyük məsləhətçi” qeyd olunmalıdır
·       CV-lər 19.07.2026-cı il tarixinə qədər göndərilməlidir

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar