TƏBİB tabeliyində olan RTTTYM-ə Mərkəzi Çağrı xidmətinə Çağırış üzrə tibb bacısı vəzifəsi üzrə vakant yer elan edir:
İş yeri:
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi
Əməkhaqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
· Orta ixtisas tibb təhsili;
· Sahə üzrə 1 il iş təcrübəsi;
· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
o Operativlik
o Təmkinlilik
o Məsuliyyətlilik
o İntizamlılıq
o Ünsiyyət bacarığı.
İşin təsviri:
· Zənglər üzrə çağırışları qəbul etmək və onları müvafiq briqadalara düzgün çatdırmaq;
· Ərazi bölgüsünə əsasən briqadalara çağırışlar üzrə operativ rəhbərlik etmək və onların olduqları yeri nəzarətdə saxlamaq;
· Çağırışların təmin edilməsi üzrə işin operativliyinə nəzarət etmək;
· Çağırış qəbulu və ötürülməsi üzrə tibb heyəti ilə danışarkən verilən suallara aydın və qısa cavab vermək;
· Rəhbərliyi bütün fövqəladə hallarla bağlı məlumatlandırmaq.
Əlavə qeydlər:
• İş qrafiki: növbəli
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
• CV cv@tabib.gov.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM – Çağırış üzrə tibb bacısı) qeyd olunmalıdır;
• CV-lər 29.10.2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.
Diqqət: IT təhlükəsizliyi səbəbilə yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.



