spot_img
HomeKaryeraTürkiyə-Azərbaycan Universitetində İT mütəxəssisi vəzifəsinə vakansiya elan edilir
spot_img

Türkiyə-Azərbaycan Universitetində İT mütəxəssisi vəzifəsinə vakansiya elan edilir

Türkiyə-Azərbaycan Universitetində (TAU) universitetin İT infrastrukturunun, informasiya sistemlərinin və istifadəçi xidmətlərinin fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək üçün İT mütəxəssisi vəzifəsinə vakansiya elan edilir.

Tələblər:

İnformasiya texnologiyaları, kompüter elmləri və ya uyğun ixtisas üzrə ali təhsil;
İT sahəsində azı 3 il iş təcrübəsi;
Windows, MS Office və kompüter avadanlıqları üzrə praktiki biliklər;
Problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı;
Şəbəkə üzrə baza bilikləri;
Azərbaycan, türk və ingilis dillərində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı.

Öhdəliklər:

Universitetin kompüter və informasiya texnologiyaları infrastrukturunun gündəlik texniki dəstəyini təmin etmək;
İşçi kompüterləri, periferik qurğuları və proqram təminatını quraşdırmaq və sazlamaq;
İstifadəçilərin İT ilə bağlı müraciətlərini qəbul etmək və texniki problemləri həll etmək;
İnformasiya sistemləri və elektron xidmətlərin texniki dəstəyində iştirak etmək;
Kompüter avadanlıqlarının inventar uçotunun aparılmasına və texniki vəziyyətinə nəzarət etmək;
İnformasiya təhlükəsizliyi üzrə müəyyən edilmiş qaydalara riayət olunmasını təmin etmək.

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini cv@tau.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət üçün son tarix: 16.10.2026

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar