SME Kreditlər komandasında təcrübə keçərək bank sektorunda real iş mühiti ilə tanış olmaq və peşəkar biliklərini inkişaf etdirmək istəyən namizədləri komandamıza dəvət edirik.
Təcrübə proqramı çərçivəsində siz:
SME kreditləşmə prosesləri ilə yaxından tanış olacaqsınız;
Daxil olan müraciətlər əsasında müştərilərin maliyyə vəziyyətinin və biznes fəaliyyətinin təhlili prosesində iştirak edəcəksiniz;
Kredit təkliflərinin hazırlanması və kredit sənədlərinin rəsmiləşdirilməsi prosesində dəstək göstərəcəksiniz;
Kredit portfelinin monitorinqi və ödəniş intizamının izlənilməsi prosesində iştirak edəcəksiniz;
Təcrübəli əməkdaşların mentorluğu ilə praktiki bilik və bacarıqlar əldə edəcəksiniz;
Tələblər:
İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə yeni məzun;
Maliyyə, kreditləşmə və biznes təhlili sahəsində dərin nəzəri biliklər;
Analitik düşüncə tərzi və məlumatları təhlil etmək bacarığı;
Öyrənməyə yüksək motivasiya və peşəkar inkişaf istəyi;
Güclü ünsiyyət bacarıqları və komandada işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və səlis yazılı və şifahi ünsiyyət bacarıqları;
MS Excel proqramı üzrə ilkin biliklər üstünlük hesab olunur;
Biz nə təklif edirik?
Bank sektorunda real iş təcrübəsi qazanmaq imkanı;
Peşəkar mentorların dəstəyi ilə inkişaf;
SME kreditləşmə sahəsində praktiki biliklərin əldə olunması;
Dinamik və peşəkar komandada çalışma imkanı;
Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün bankda karyera imkanlarının qiymətləndirilməsi;
Son tarix: 21 sentyabr 2026
Bakı-Abşeron filialları üzrə qeydiyyat linki:
https://jobs.glorri.com/corporate/vacancies/unibank/unibank-kob-kreditleri-uzre-tecrubeci-baki-abseron-filiallari-uzre-81427841/apply
Gəncə filialı üzrə qeydiyyat linki:
https://jobs.glorri.com/corporate/vacancies/unibank/unibank-kob-kreditleri-uzre-tecrubeci-gence-88359012/apply



