Vakansiya:
Xaricdə Təhsil üzrə Mütəxəssis
Study Abroad Recruitment Manager
Alps Academy komandamıza yeni əməkdaş axtarır!
Əgər xaricdə təhsil sahəsinə marağınız varsa, tələbələrlə işləməyi sevirsinizsə və universitet müraciətləri, proqram araşdırmaları, təqaüdlər və viza prosesləri üzrə inkişaf etmək istəyirsinizsə, bu vakansiya sizin üçün uyğun ola bilər.
Əsas vəzifələr
Xarici universitetlər, kolleclər, yay məktəbləri və təhsil proqramları üzrə araşdırma aparmaq;
Tələbələr üçün uyğun proqram və universitet seçimləri hazırlamaq;
Universitet və proqram müraciətlərini doldurmaq və izləmək;
Lazımi sənədləri toplamaq və prosesləri koordinasiya etmək;
Təqaüd və viza müraciətləri üzrə araşdırma və dəstək göstərmək;
Tələbələr, valideynlər, universitetlər və partnyorlarla kommunikasiya aparmaq;
Deadline-ları və müraciət proseslərini sistemli şəkildə izləmək.
Tələblər
İngilis dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
Güclü araşdırma və kommunikasiya bacarıqları;
Tələbə və valideynlərlə peşəkar ünsiyyət qurmaq bacarığı;
MS Office / Google Workspace alətləri ilə işləmə bacarığı;
Xaricdə təhsil, universitet müraciətləri və ya viza prosesləri üzrə təcrübə üstünlükdür;
Minimum 1 il müvafiq iş təcrübəsi üstünlükdür.
Əmək haqqı
Əmək haqqı müsahibə zamanı müzakirə olunacaq.
Maraqlanan namizədlər CV-lərini aşağıdakı email ünvanına göndərə bilərlər:
Email: baba@alpsacademy.az
Əlaqə nömrəsi: +994 50 787 57 66
Email mövzusu: Xaricdə Təhsil üzrə Mütəxəssis müraciəti



