Elm səni çağırır!
“Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai
Birliyi və Azərbaycan Elm və İnnovasiya Könüllüləri (AEİK) tələbələr üçün “Elm və İnnovasiya” Proqramına qeydiyyata start verir.
Proqram çərçivəsində iştirakçıları elmi araşdırma etikası, ədəbiyyat axtarışı və elmi icmal yazmaq üzrə onlayn təlimlər,elmi institutlarda laboratoriya mühitini yaxından görmək və təcrübə qazanmaq imkanı,elmi görüşlərdə, layihələrdə və tədbirlərdə iştirak, həmçinin proqramın sonunda rəsmi sertifikat gözləyir.
Biologiya, Kimya,Tibb, Fizika və əlaqəli ixtisaslarda(plan yerinə əsasən doldurulacaq) təhsil alan bakalavr və magistr tələbələri BASİC və PREMİUM paketlərdən birini seçərək müraciət edə bilərlər.
Başlanğıc: 15 noyabr 2026
Yekun və sertifikat təqdimatı: 28 mart 2027
Müraciət üçün son tarix : 3 noyabr 2026,saat 23:59



