spot_img
HomeElan və Xəbərlər“4Sİ Akademiyası – Milli Proqram”ın 4-cü dalğasına qeydiyyat başladı!
spot_img

“4Sİ Akademiyası – Milli Proqram”ın 4-cü dalğasına qeydiyyat başladı!

Yeni bilik və bacarıqlar qazanmaq, dünyanın aparıcı universitet və texnologiya şirkətlərinin təlimlərindən yararlanmaq istəyirsinizsə, indi müraciət edin.

4-cü dalğa 26 oktyabrda başlayır.

Proqrama qoşulan iştirakçılar:
• “Coursera” platformasından 6 həftə ödənişsiz istifadə lisenziyası əldə edəcək;
• 21 mindən çox təlimə çıxış qazanacaq;
• süni intellekt, data analitikası, biznes, liderlik, texnologiya və digər aktual istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirə biləcəklər.

Yaşından və yaşayış yerindən asılı olmayaraq, istənilən Azərbaycan vətəndaşı proqrama müraciət edə bilər.

“4Sİ Akademiyası – Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Proqramın tərəfdaşları: “Pasha Holding”, SOCAR, “TotalEnergies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group”.

Fürsəti qaçırmayın – 26 oktyabrda başlayacaq 4-cü dalğada yerinizi indidən təmin edin!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar