Avrora” MMC “Biznes Proseslərin İdarəedilməsi üzrə Kiçik Mütəxəssis”
hashtag#vakansiyasını elan edir!
Əsas vəzifə öhdəlikləri:
· Biznes proseslərin təsvirinin yazımı, dəstək və monitorinqi təmin edir;
· Mövcud biznes prosesslərini monitorinq etmək, iş axış diaqramlarını və prosedurların hazırlanmasına dəstək göstərir;
· Məlumat toplayır , tapşırıqları aydınlaşdırır, analizini təmin edir;
· Proseslərin təkmilləşdirməsi və avtomatlaşdırılması üzrə təkliflər təqdim edir;
· yenidən dizayn və modelləşdirmək üzrə təkliflər təqdim etmək;
· Hesabat və təqdimatları hazırlayır.
Tələb olunan bilik və bacarıqlar:
· Güclü analiz, kommunikasiya, öyrənmə və araşdırma qabiliyyətləri
· Biznes prosesləri, proses modelləmə haqqında anlayış;
· Komandalarla səmərəli əməkdaşlıq etmək və ünsiyyət bacarıqları
· MS Office proqramlarını yaxşı səviyyədə bilmək, MS Visio (üstünlükdür).
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Ali təhsil : Bakalavr (Maliyyə, Sənaye mühəndisliyi, Biznesin idarə edilməsi,
· Mühəndislik və ya müvafiq sahədə);
· İş təcrübəsi: Qeyd olunan sahə üzrə iş təcrübəsi (üstünlükdür);
· Azərbaycan dilində səlist danışıq və yazı bacarıqları, ingilis dili bilikləri yaxşı.
İş şərtlərimiz:
· İş qrafiki : Tam iş günü (5 gün);
· İş yeri : Aşıq Molla Cümə 46 C.
· İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:
• Əmək bazarında rəqabətli əməkhaqqı;
• Peşəkar komanda mühiti;
• Təlim və İnkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Biznes Proseslərin İdarəedilməsi üzrə Kiçik Mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.