spot_img
Ana SəhifəElan və Xəbərlər“Miqrasiya Könüllüsü” İctimai Birliyi “Website Development” layihəsinə start verir!
spot_img

“Miqrasiya Könüllüsü” İctimai Birliyi “Website Development” layihəsinə start verir!

Əziz Gənclər,

“Miqrasiya Könüllüsü” İctimai Birliyi “Website Development” layihəsinə start verir!🤩

📌Hər kəsə məlumdur ki, rəqəmsallaşdırma texnoloji inkişafın sürətlə artdığı bir zamanda xüsusi aktuallıq kəsb edir. İT -nin inkişafı şirkətlərin və şəxslərin rəqəmsal sahəyə olan ehtiyacını və tələbatını artırmışdır.

Bu layihə gənclər üçün həm karyera imkanları, həm də şəxsi layihələrini həyata keçirmək baxımından dəyərli bacarıqlar əldə etmək üçün bir fürsət yaradır.

📌Layihə iştirakçılarına yalnız nəzəri və praktiki biliklər deyil, həm də yaradıcılıq və komanda ilə işləmə bacarıqları qazandıracaq. HTML, CSS və JavaScript-in əsaslarını öyrənmək gənclərə müxtəlif sektorlarda öz potensiallarını reallaşdırmağa və rəqabətədavamlı mütəxəssislərə çevrilməyə təkan verəcək. Əlavə olaraq, layihə müzakirə və praktiki fəaliyyətlər vasitəsilə iştirakçıların analitik düşünmə, dizayn və problem həll etmə bacarıqlarını da inkişaf etdirəcək.

📌Beləliklə, layihə həm əmək bazarının tələblərinə uyğun peşəkar bacarıqların inkişafına, həm də iştirakçılarınn texnologiyaya olan marağının artırılmasına töhfə verəcək.

Öz “veb dünya”nı yartmaq istəyirsənsə qeydiyyatdan keçməyə tələs!

⌛Son qeydiyyat tarixi:
🗓15.01.2025
🕦23:59

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar