Əziz gənc xanımlar, sizi “Zərif Zəka” intellektual turnirinə qoşulmağa dəvət edirik! 💡
Turnirlə bağlı əsas məqamlar:
➡ “Nə? Harada? Nə zaman?” formatında keçiriləcək;
➡ Hər bir komanda 6 oyunçudan ibarət olmalıdır;
➡ 14-29 yaş arası gənclər hədəf kütləmizdir.
📝 Son müraciət tarixi: 6 mart 2025-ci il.
Komandanızı qurun və bilik arenasında intellektinizi sınamaq üçün bizə qoşulun! 🎯
Qeyd: Yarış Quba regional “ASAN xidmət” mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Quba Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutacaq.