spot_img
Ana SəhifəElan və XəbərlərAkademik Verilənlər Bazalarında Effektiv Axtarış Strategiyaları mövzusunda baş tutacaq vebinara dəvət edirik.
spot_img

Akademik Verilənlər Bazalarında Effektiv Axtarış Strategiyaları mövzusunda baş tutacaq vebinara dəvət edirik.

Hörmətli AzTU Üzvləri,

Sizi 15 aprel tarixində saat 15:00-da “Akademik Verilənlər Bazalarında Effektiv Axtarış Strategiyaları (“Academic Search Complete” və “Science & Technology Collection”)”  mövzusunda baş tutacaq vebinara dəvət edirik.

Təlimin sonunda iştirakçılar öyrənəcəklər:

– Tam mətnli, multidissiplinar və ixtisaslaşmış bazalara necə və haradan çıxış əldə etmək olar;
– Əsas və genişləndirilmiş axtarış strategiyasını necə qurmaq olar:
– Məqalələri necə axtarmaq olar;
– Axtarış nəticələrini necə yükləmək, istinad etmək və ixrac etmək olar;
– My EBSCOhost hesabının üstünlükləri nələrdir.

Verilənlər bazaları haqqında qısa məlumat:

Academic Search Complete – 5500-dən çox elmi jurnalın tam mətninə çıxış təqdim edən geniş multidissiplinar verilənlər bazasıdır.

Science & Technology Collection – kimya, biologiya, kompüter texnologiyaları, fizika və digər sahələri əhatə edən elmi jurnalları təklif edən əsas tam mətnli verilənlər bazasıdır.

Təlimə qeydiyyat linki aşağıdadır. Qeydiyyatdan sonra hər bir iştirakçı təsdiq e-poçtu alacaq və sessiyaya keçid linki göndəriləcək. Təlimdən 24 saat və 1 saat əvvəl iştirakçılara xatırlatma e-poçtu da göndəriləcək.
Təlimdən sonra hər bir iştirakçıya rəsmi sertifikat təqdim ediləcək.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar