DEFAGE — Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin birgə təşəbbüsü ilə təsis olunmuş innovativ platformadır. Layihənin əsas məqsədi — milli müdafiə sənayesində qabaqcıl texnologiyaların inkişaf etdirilməsi və bu sahədə ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.
🎯 Əgər DEFAGE haqqında daha çox bilmək istəyirsənsə, Milli Aviasiya Akademiyasında təşkil olunacaq infosessiyaya qatıl!
Bu infosessiyada səni nə gözləyir?
✅ DEFAGE platformasının və Bootcamp proqramının detallı təqdimatı
✅ Seçim mərhələləri və iştirak şərtləri
✅ Tədris prosesi və iştirakçılara gözləyən imkanlar
✅ Sual-cavab sessiyası və özünü təqdim etmə fürsəti
📌 Müdafiə sənayesində peşəkar gələcək qurmaq istəyən tələbələr üçün nadir şansdır!
📅 Tarix: 05.05.2025
📍Məkan: Milli Aviasiya Akademiyası, 3-cü korpus akt zalında
DEFAGE Bootcampı haqqında infosessiya!
OXŞAR POSTLAR