spot_img
HomeElan və XəbərlərEYP Azərbaycanın 10-cu Universitet Sessiyası
spot_img

EYP Azərbaycanın 10-cu Universitet Sessiyası

Avropa Gənclər Parlamenti (EYP) Avropanın müxtəlif ölkələrindən olan gəncləri parlament formatında mühüm mövzuları müzakirə etmək üçün bir araya gətirən həmyaşıdlararası təhsil platformasıdır. O, müstəqil düşüncə, komandada işləmə, problem həlli və liderlik bacarıqlarını siyasət, insan hüquqları, iqlim dəyişikliyi və texnologiya kimi mövzularda debatlar vasitəsilə inkişaf etdirir. 40 ölkədə fəaliyyət göstərən EYP ildə 500-dən çox tədbir təşkil edir və təxminən 30,000 iştirakçı cəlb edir.
EYP Azərbaycan 2011-ci ildən etibarən rəsmi üzv olaraq 50-dən çox forum, təlim düşərgəsi və milli sessiyalar təşkil edib.
EYP Azərbaycan-ın 10-cu Universitet Sessiyası 17-20 iyun tarixlərində Bakı şəhərində fiziki şəkildə keçiriləcək. Bu sessiyanın məqsədi gəncləri dialoq və mədəni mübadilə yolu ilə icmalarına fəal şəkildə töhfə verməyə təşviq etməkdir. Təmsilçilər üç əsas hissədə iştirak edəcəklər:

Teambuilding: etimad və əlaqə yaratmaq üçün interaktiv oyunlar;

Committee Work I and II: əsas məsələlər üzrə qərar layihələrinin hazırlanması üçün qrup müzakirələri;

General Assembly: bütün komitələrin öz təkliflərini təqdim edib müdafiə etdiyi rəsmi debatlar.

Fəal və cəmiyyətə bağlı vətəndaş olmaq üçün ilk addımlarınızı atmaq üçün indi müraciət edin!
Müraciət formasının doldurulması üçün son tarix 23 May, saat 23:59 AZT-dir.
Sessiyada iştirak haqqı yerli nümayəndələr üçün 45 AZN təşkil edir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar