spot_img
HomeElan və XəbərlərKodlaşdırmanı öyrənmək istəyirsən? Bu onlayn kurs tam sənlikdir!
spot_img

Kodlaşdırmanı öyrənmək istəyirsən? Bu onlayn kurs tam sənlikdir!

“How to Code” – Ödənişsiz Onlayn Kurs 2025 kodlaşdırma bacarıqlarınızı artırmaq üçün əla fürsətdir! Bu kurs Britaniya Kolumbiyası Universiteti (University of British Columbia – UBC) tərəfindən təqdim olunur və edX platformasında mövcuddur.

Bu onlayn kursa qoşulmaqla siz aşağıdakı bacarıqlara yiyələnəcəksiniz:

🔹 Proqram təminatının hazırlanması (software development)
🔹 Kompüter elmləri
🔹 Yaradıcılıq və proqram dizayn dilləri
🔹 Etibarlı və asanlıqla dəyişdirilə bilən kod yazmaq

Bu kurs spesifik proqramlaşdırma dilinə deyil, strukturlaşdırılmış proqramlaşdırma yanaşmasına fokuslanır. Bu isə sizə istənilən proqramlaşdırma dilini asanlıqla öyrənmək və tətbiq etmək imkanı verəcək.

Kurs haqqında ümumi məlumat:

📍 Ölkə: Onlayn (dünyanın istənilən yerindən qoşula bilərsiniz)
🎯 Səviyyə: Başlanğıc (heç bir əvvəlki proqramlaşdırma təcrübəsi tələb olunmur)
Tədris tempi: Öz sürətinizlə (self-paced)
🕒 Həftəlik vaxt ayırma: 2-3 saat
📚 Tədris dili: İngilis dili
💸 Ödənişsizdir, amma rəsmi sertifikat almaq istəyənlər üçün ödənişlidir

Kursun sonunda iştirakçılar sadə interaktiv oyun dizayn edərək praktiki biliklərini nümayiş etdirəcəklər.

Kimlər iştirak edə bilər?

✅ Dünyanın istənilən ölkəsindən iştirak mümkündür
✅ Heç bir yaş məhdudiyyəti yoxdur
✅ Proqramlaşdırma və ya texniki bilik tələb olunmur
✅ Yalnız sabit internet bağlantısı və telefon və ya kompüter kifayətdir
✅ Sertifikat almaq istəməyənlər üçün tamamilə pulsuzdur (audit course)

Kursun üstünlükləri:

  • Öz sürətinizlə öyrənin – heç bir vaxt məhdudiyyəti yoxdur
  • Həm yeni başlayanlar, həm də təcrübəli proqramçılar üçün uyğundur
  • Proqramlaşdırma, yaradıcılıq və proqram dizaynı üzrə əsaslı biliklər əldə edin
  • İstənilən proqramlaşdırma dilində kod yazmaq üçün lazım olan çevikliyi və məntiqi qazanın
  • Tamamilə pulsuz öyrənin (sertifikat olmadan) Nüfuzlu universitetin təlimçiləri tərəfindən dərs alın

Əgər proqramlaşdırmanı öyrənmək istəyirsinizsə, bu fürsəti qaçırmayın! Gələcəyinizi formalaşdırmaq və texnologiya sahəsində bir addım öndə olmaq üçün bu kurs əla seçimdir!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar