Proqramın əsas məqsədi – karyera qurmaq istəyən tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin fəaliyyətində yaxından iştirak etmək və bu prosesdə praktiki təcrübə qazanmaq imkanı yaratmaqdır.
Təcrübə müddətində iştirakçılar:
Komanda işi ilə tanış olacaq,
Təhsil sahəsində təcrübə əldə edəcək,
Təcrübəli əməkdaşlarla birlikdə çalışaraq müxtəlif layihələrdə iştirak edəcəklər.
Üç ay davam edəcək könüllü təcrübə proqramının sonunda iştirakçılara tövsiyə məktubu təqdim olunacaq.
Müraciət etmək istəyən şəxslərdən CV-lərini “Könüllü” başlığı ilə aşağıdakı elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Aysel.Amiraslanova@edu.gov.az
Son müraciət tarixi: 26 may 2025-ci il