Maraqlanan şəxslər CV-lərini sxa_cv@sosial.gov.az elektron poçtuna göndərərək müraciət edə bilərlər.
Email-in mövzu hissəsində “Həkim-psixiatr” qeyd etməyiniz xahiş olunur.
Vakansiya barədə ətraflı məlumat ⬇️
✅ Vəzifə öhdəlikləri:
– Təxirəsalınmaz və təcili tibbi yardım göstərilməsi;
– Mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicənin təyin edilməsi və nəzarət edilməsi;
– Zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsi və ya müstəqil surətdə aparılması;
– Şəxslərin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edilməsi və əlavə müayinə metodlarının zəruriliyinin müəyyən edilməsi;
– Orta və kiçik tibb heyətinin işinə nəzarət edilməsi, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edilməsi;
– Sanitar maarifləndirmə işinin aparılması;
📢 Tələblər:
Ali təhsil (həkim-psixiatr)
Məsuliyyətlilik
Çeviklik
📍 İş yeri: Gəncə
🗓️ İş qrafiki: 6 günlük