spot_img
HomeElan və Xəbərlər"Əlaçı" təqaüd proqramına müraciət başladı!
spot_img

“Əlaçı” təqaüd proqramına müraciət başladı!


“Əlaçı” proqramı 3-cü və ya 4-cü kurs bakalavr tələbələrini əhatə edən bir illik təqaüd proqramıdır. Belə ki, proqram 2025-2026-ci tədris illərini əhatə edir və qeydiyyatdan uğurla keçən tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutur. Təqaüddən əlavə tələbələri şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri gözləyir.

Əsas kriteriyalar aşağıdakılardır:

• Müraciət zamanı bakalavr 3-cü və ya 4-cü kurs tələbəsi olmaq
• Yüksək imtahan nəticələrinə malik olmaq
• Dərsdənkənar fəaliyyətlərdə aktiv olmaq (Könüllülük, təcrübəçilik, sosial layihələr və s.)

Ətraflı məlumat üçün linkə nəzər yetirə bilərsiniz.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar