1 milyon dollarlıq mükafat fondu sizi gözləyir!
“INNOLAND”in tərəfdaşlığı ilə keçirilən “DIGITAL STARTUP AWARDS” Özbəkistan beynəlxalq müsabiqəsinə qeydiyyat başlayıb!
“Digital Startup Awards” Orta Asiya, Qafqaz və Monqolustan regionlarında innovasiya və startap ekosistemlərini inkişaf etdirmək məqsədilə həyata keçirilən beynəlxalq müsabiqə və inkişaf proqramıdır.
Azərbaycanlı startaplar üçün 3 möhtəşəm istiqamət üzrə iştirak imkanı var:
1 Ən yaxşı startap layihəsi
Seed / Series A mərhələsində olan, rəsmi qeydiyyatdan keçmiş startaplar
2 Akselerasiya proqramı
Ən azı 3 aylıq satışı olan startaplar.
Sentyabr-dekabr aylarında xərcləri qarşılanmaq şərti ilə minimum 1 nəfərin iştirakı vacibdir
3 İnkubasiya proqramı
MVP və ya işlək prototip
Rəsmi qeydiyyat tələb olunur
Qaliblər böyük imkanlar və qlobal səviyyədə tanınma imkanı əldə edəcək!