spot_img
HomeElan və XəbərlərSABAH qruplarının bakalavriat səviyyəsinə qəbul başladı
spot_img

SABAH qruplarının bakalavriat səviyyəsinə qəbul başladı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qruplarının bakalavriat səviyyəsinə 2025-2026-cı tədris ili üçün tələbə seçimi müsabiqəsi açıq elan olunur!

Müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin müəyyən ixtisasları(incəsənət, tibb və memarlıq) üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları SABAH qruplarına tələbələrin seçimi qaydalarına (7.3 bəndinə) əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “SABAH qruplarına tələbə qəbulu qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyat prosesi 27 iyul 23.59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar