24 iyul saat 15:00-dan etibarən magistratura səviyyəsinə qəbul olunan şəxslərin sənəd qəbulu prosesinə başlanılır.
Career Bridge Təhsil Platformasının məlumatına görə qəbul olunanlar https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” adlı xidmətdən istifadə edə bilərlər. Bu bölmədə namizədlər şəxsi və qəbul məlumatlarını təsdiqləməklə yanaşı, tələb olunan sənədləri də sistemə yükləyə biləcəklər.
Elektron qeydiyyat prosesi 1 avqust saat 18:00-da başa çatacaq.