spot_img
HomeElan və XəbərlərAYNA Könüllülük Proqramına qoşul!
spot_img

AYNA Könüllülük Proqramına qoşul!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) könüllülük proqramı elan edir!

Əgər sən də inkişaf, təcrübə və komanda ruhu ilə dolu təcrübə keçmək istəyirsənsə eydiyyatdan keç və qatıl

Siz “Nəqliyyat” könüllüsü olaraq Azərbaycanın nəqliyyat sahəsinin inkişafına öz töhfənizi verəcək, müxtəlif layihələrin təşkilində yaxından iştirak edəcək və bacarıqlarınızı bölüşmək üçün yeni mühit qazanacaqsınız!

Proqram müddətində könüllülərin müvafiq sahələrdə təcrübə qazanması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkil ediləcəyi təlim və layihələrdə iştirakı nəzərdə tutulur.

Könüllü fəaliyyəti 3 ay müddətində davam edəcək. Fəaliyyətini uğurla başa çatdıran və öz öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirən könüllülər Proqramın sonunda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təltif olunacaqlar.

Könüllü olmağa, inkişaf etməyə, yeni təcrübələr əldə etməyə tələsin!

Qeydiyyat üçün son tarix: 15 sentyabr 2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar