spot_img
HomeElan və XəbərlərBu il UFAZ-a qəbul olunan tələbələrin 39 faizi qızlardır!
spot_img

Bu il UFAZ-a qəbul olunan tələbələrin 39 faizi qızlardır!


2025-2026 tədris ili üçün iyul ayının 29-da keçirilən UFAZ-ın qəbul imtahanında 190 nəfər tələbə adını qazanmışdır. Onlardan 39 %-i (75 nəfər) qız və 61 %-i (115 nəfər) oğlan tələbələrdir. Son illərdə UFAZ-a qəbul olunmuş qız tələblərin sayında müsbət dinamika müşahidə olunmaqdadır. Bu tendensiya universitetdə tədris edilən bütün ixtisaslar üzrə özünü büruzə verməkdədir.

Qəbul olunmuş tələbələrin maksimum DİM balı 681, minimum balı 453, orta bal isə 586 olmuşdur. Bu il daxili imtahanlarda 100 ballıq şkala ilə ən yüksək bal 81, ən aşağı bal isə 43 olmuşdur. Ən yüksək nəticə göstərmiş tələbə UFAZ-ın kimya mühəndisliyi ixtisasına qəbul olunmuşdur.

Qəbul olunmuş tələbələr yerlərini təsdiq etdikdən sonra yekun nəticə elan olunacaqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar