Career Bridge Təhsil Platforması tərəfindən həyata keçirilən “Mənim Mentorum” layihəsinin məqsədi, xaricdə təhsil almış şəxslərlə bu yolda irəliləmək istəyən gəncləri bir araya gətirərək davamlı bir mentorluq platforması yaratmaqdır.
Bu platforma sayəsində gənclər, öz sahəsində təcrübəli mentorlarla birbaşa əlaqə quraraq xaricdə təhsilə hazırlıq prosesində peşəkar dəstək ala bilirlər.
Mentorlarımız nələr edəcək?
- Xaricdə təhsil və təqaüd proqramları haqqında məlumat
- Müraciət prosesi üzrə təcrübə və məsləhətlər
- Motivasiya məktubu və tövsiyə məktubu yazılışı
- Müsahibəyə hazırlıq
- Viza prosedurları
- Xaricdə yaşayış və adaptasiya prosesi
- Digər faydalı təcrübə və tövsiyələr
Necə mentor ola bilərsiniz?
Əgər siz də xaricdə təhsil təcrübənizi bölüşmək, gənclərin inkişaf yoluna töhfə vermək və onların hədəflərinə çatmasına dəstək olmaq istəyirsinizsə, “Mənim Mentorum” layihəsinə mentor kimi qoşula bilərsiniz.
Bunun üçün aşağıdakı formu dolduraraq müraciətinizi bizə göndərin.
📩 Əlaqə: info@careerbridge.az
📞 Telefon: 050 800 53 89
Birlikdə daha çox gəncin həyatına körpü olaq!
Karyeranızda körpü — Career Bridge