Əziz gənclər, Qarabağ Zəfərinin 5-ci ilinə həsr olunan “POLİQON” gənclərin hərbi-vətənpərvərlik düşərgəsinə qeydiyyat açıq elan olunur.
Peşəkar hərbiçilərin iştirakı ilə hərbi simulyativ formatda keçiriləcək düşərgədə iştirak etmək, ilkin hərbi biliklərə yiyələnmək, fiziki dözümlüyü artırmaq və yeni dostlar qazanmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın.
Düşərgə sentyabrın 4-dən 7-dək Gənclər və İdman Nazirliyinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək.
İştirak şərtləri:
• Yalnız 17-25 yaş aralığında fiziki hazırlıqlı gənclər iştirak edə bilər.
• 2025-ci il ərzində digər düşərgələrdə iştirak etmiş şəxslər və həqiqi hərbi xidmət keçmiş şəxslər iştirak edə bilməz.
Qeydiyyatdan keçən şəxslər növbəti mərhələyə uğurla keçdikləri halda müsahibə mərhələsinə dəvət olunacaqlar.
Son müraciət tarixi: 22 avqust 2025, saat 20:00