Stanford Universiteti tərəfindən 2025-ci il üçün müxtəlif istiqamətlərdə tam ödənişsiz onlayn kurslara qeydiyyat başlayıb. Dünyanın istənilən ölkəsindən iştirak etmək mümkündür. Kurslar Stanford müəllimləri və sahə üzrə mütəxəssislər tərəfindən tədris olunur.
İstiqamətlər:
• Humanitar və incəsənət elmləri
• Təhsil və pedaqogika
• Mühəndislik
• Sağlamlıq və tibb
Kurslar tamamilə onlayndır, öz sürətinizlə öyrənmək imkanı verir və qeydiyyat üçün heç bir ödəniş tələb olunmur. Bu proqram həm şəxsi inkişaf, həm də peşəkar bacarıqların artırılması üçün ideal fürsətdir.