spot_img
HomeElan və XəbərlərMİQ üzrə növbəti vakansiya seçimi mərhələsi başlayacaq.
spot_img

MİQ üzrə növbəti vakansiya seçimi mərhələsi başlayacaq.

22 avqust saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək. 

İnsan Resursları Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, vakansiya seçiminə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 25 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsində eyni zamanda 1000-ə yaxın vakansiyanın birləşdirilməsi nəticəsində formalaşan yerlər də namizədlərə təqdim olunacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar