Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi yekunlaşıb. Ümumilikdə 86 460 abituriyent və subbakalavr ixtisas seçimlərini təsdiqləyib. Statistik göstəricilər göstərir ki, bəzi ixtisas qruplarında yerlərə nisbətən müraciət edənlərin sayı daha çox olduğundan rəqabət güclənib.
I qrup üzrə 20 385 yerə qarşı 23 919 ərizə təsdiqlənib. Bu isə təxminən 3 500 abituriyentin qəbul ola bilməyəcəyini göstərir. II qrupda 14 935 yer üçün təqribən 19 000 ərizə qeydə alınıb, nəticədə 4 100 nəfərin qəbul şansı azdır.
Ən gərgin rəqabət III qrupda müşahidə edilir. 15 583 yerə 24 414 nəfər müraciət edib ki, bu da 6 000-dən çox abituriyentin müsabiqədən kənarda qalacağı deməkdir. IV qrup üzrə 4 732 yerə 6 966 ərizə təqdim olunub və təxminən 2 200 nəfər qəbul ola bilməyəcək. V qrupda isə vəziyyət daha kritikdir – 4 700-dən bir qədər çox yer üçün 16 500 nəfər müraciət edib. Nəticədə 11 000-dən çox abituriyent qəbul imkanı əldə etməyəcək.
Ümumilikdə, ölkə üzrə 60 914 plan yeri mövcuddur, onların 28 600-ü dövlət sifarişi əsasında ayrılıb. Proqnozlara görə, keçid ballarında əsas dəyişiklik 600–700 bal intervalında gözlənilir, digər ballar üzrə ciddi dəyişiklik nəzərdə tutulmur.