Mingəçevir Dövlət Universiteti, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVIF) ilə əməkdaşlıq çərçivəsində “VeloPark” layihəsini həyata keçirir.
Bu layihə universitetin “yaşıl kampus” strategiyasına uyğun olaraq həyata keçirilir və xanım tələbələrin sağlam həyat tərzinə təşviq olunması, velosiped idmanına marağın artırılması və ekoloji dəyərlərin aşılanması məqsədlərini daşıyır.
Layihə çərçivəsində seçilmiş 70 tələbə qıza velosipedlər təqdim ediləcək və “VeloKlub”un fəal üzvü olaraq müxtəlif tədbir və aksiyalarda iştirak imkanı əldə edəcəklər.
Formu dolduraraq layihədə iştirak üçün müraciət edə bilərsiniz. Uğurlar!
Qeyd: Layihə Mingəçevir Dövlət Universitetinin qız tələbələri üçün nəzərdə tutulub.
Layihənin Tərəfdaşları:
Gənclər və İdman Nazirliyi
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVIF)
Mingəçevir Dövlət Universiteti (MDU)