spot_img
HomeKaryera“Tədbir təşkilatçısı” axtarılır.
spot_img

“Tədbir təşkilatçısı” axtarılır.


Vəzifə təlimatları:
– Tədbirlər barədə məlumatların izlənməsi, layihə icra planına uyğun olaraq işlərin görülməsi və sənədləşmənin həyata keçirdilməsi;
– Sifarişçilər ilə yazılı və şifahi ünsiyyətin qurulması, layihə və tədbirlər ilə bağlı tələblərin vaxtında müəyyən edilməsi və icrası üçün rəhbərliyə təkliflərin verilməsi;
– Tədbirlər ilə bağlı 3-cü tərəf qurumlar ilə işgüzar əlaqələrin qurulması, qiymət sorğularının keçirdilməsi və ehtiyac olduğu təqdirdə görüşlərin təşkil olunması;
– Tədbir büdcəsinin hazırlanmasında və xərclərin idarə olunmasında rəhbərliyə dəstək göstərilməsi;
– Sosial şəbəkələrin aktiv idarə edilməsi, paylaşımların hazırlanmasıda iştirak və fəaliyyətin qiymətləndirməsi;
– Gələn zəngləri və korporativ adresə gələn emailləri qəbul etmək və onları təyinatı üzrə cavablamaq və istiqamətləndirmək;
– Rəsmi görüşlərin təşkil edilməsi, təşkilat adına görüşlərdə iştirak etmək.

Namizədə tələblər:

–         Sahə üzrə minimum 6 ay iş təcrübəsi.
–         Yaş həddi: 22-35.
–         Ali təhsil.
–         Yaxşı səviyyədə rus dili biliyi.

Digər məlumatlar:
–         Əmək haqqı: 600 AZN+bonus.
–         Ünvan: Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov 5X.
–         Nahar şirkət tərəfindən verilir.
–         İş saatları: 9:00-18:00 (tam ştat-5 günlük).

Bu tələblərə uyğun olan namizədlər Gunel.Ismayilova@venta.az mail ünvanına cv-lərini göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar