Əziz kitabsevərlər, növbəti yarışa hazırsınız?
Gənclər və İdman Nazirliyi və “Azərbaycan Oxucuları” Kitab Klubunun birgə təşkilatçılığı ilə növbəti “Oxu, qazan!” müsabiqəsi elan edilir.
Azərbaycanın görkəmli yazıçı-nasiri Fərman Kərimzadənin “Xudafərin körpüsü“ romanını oxuyaraq oktyabrın 5-də keçiriləcək onlayn müsabiqəyə qatıla bilərsiniz.
Öncəki yarışlarda qalib olan iştirakçıların nəticələri qeydə alınmayacaq.
İmtahanda iştirak üçün indidən aşağıdakı link vasitəsilə “Teleqram” kanalına üzv olmalısınız:
t.me/oxuqazan
Oktyabrın 5-də, saat 21:00-da “Teleqram” kanalında bütün iştirakçılara eyni anda kitabdan test sualları yayımlanacaq. Hər test sualına 20 saniyə ərzində cavab vermək imkanınız olacaq və sonra növbəti test sualı yayımlanacaq.
Yarışda sualların vaxtında qəbulu və cavablandırılması üçün yüksəksürətli sabit internetə qoşulmaq tövsiyə olunur.
Ən çox doğru cavab verən 3 iştirakçıya hədiyyələrimiz var:
1-ci yer “Apple iPad” planşet,
2-ci yer “Honor” smartfon,
3-cü yer “Huawei” simsiz qulaqcıq.
Əsəri bu linkdən oxuya və ya kitab mağazalarından əldə edə bilərsiniz.



