“Level Up” layihəsinin növbəti təlimi Birləşmiş Krallıqda təhsil almaq istəyən gənclər üçün keçiriləcək!
“Chevening” təqaüdünün qalibi, King’s College London (LLM in İnternational Dispute Resolution, 2025) məzunu, “Nargis” Fondunun baş hüquqşünası Nərmin Məmmədovanın təqdimatında baş tutacaq təlimdə siz:
- Birləşmiş Krallıqda təhsil və tələbə həyatı ilə bağlı real təcrübələr,
- “Chevening” təqaüdünə müraciət zamanı diqqət edilməli olan məqamlar,
- Motivasiya məktubu və sənədlərin düzgün hazırlanma yolları,
- Karyera perspektivləri və şəxsi inkişaf üçün faydalı tövsiyələrdən yararlanmaq imkanı əldə edəcəksiniz.
Elə indi qeydiyyatdan keçməyə tələs!
25 yanvar, 11:00
Gənclər Təşkilatlarının Resurs Mərkəzi



