“Azərbaycan müəllimi” qəzeti tərəfindən müəllimlər üçün “Süni intellekt alətləri ilə dərsin planlaşdırılması” mövzusunda “dəyirmi masa” təşkil olunacaq.
Görüşdə siz nə öyrənəcəksiniz?
– Dərsi düşünmə fəaliyyəti kimi planlaşdırmaq;
– Şagirdləri sual verməyə və əsaslandırmağa yönəltmə bacarıqlarına yiyələnmək;
– Müzakirə və qərarvermə yaradan tapşırıqlar qurmaq;
– Düşünmə yönümlü dərs mərhələlərini dizayn etməyi bacarmaq;
– Süni intellekt vasitəsilə effektiv promptların yazılması qaydalarını öyrənmək ;
-Dərs planlarını təhlil və təkmilləşdirmək.
Təlimçi: Murad Əliyev – Çin Xalq Respublikası, Pekin Pedaqoji Universitetinin “Təhsil texnologiyaları” ixtisası üzrə doktorantı, “MindTech” Süni İntellekt Laboratoriyasının tədqiqatçısı, Xəzər Universiteti, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin müəllimi.
Tarix: 31 yanvar (şənbə günü)
Saat: 09:45
Ünvan: Nərimanov rayonu, Fətəli xan Xoyski 109, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi.
Qeydiyyat üçün son tarix: 30 yanvar, saat 17:00
“Süni intellekt alətləri ilə dərsin planlaşdırılması” mövzusunda təlim
OXŞAR POSTLAR



