spot_img
HomeElan və Xəbərlər"TechWinter Camp - 2026"-ya Qeydiyyat başladı!
spot_img

“TechWinter Camp – 2026”-ya Qeydiyyat başladı!

“Bir Könüllü” Tələbə Təşkilatının, ”ESTİEM LG BAKU”  və “EESTEC BAKU”- nunbirgə təşkilatçılığı ilə 4-9 fevral 2026-cı il tarixlərində Quba rayonunda tələbələrin qış düşərgəsi – TechWinter Camp 2026 təşkil ediləcək. 

Bu düşərgədə sizi nə gözləyir?

Proqramlaşdırma, süni intellekt və müasir İT mövzuları üzrə təlimlər və müzakirələr

Texnoloji müsabiqələr, komanda layihələri və rəqabətli challenge-lər

İT sahəsinə maraqlı gənclərlə networking, yeni tanışlıqlar və motivasiya dolu bir mühit

Qışın gözəlliyi və innovasiya dolu öyrənmə atmosferinin bir araya gəldiyi unikal təcrübə

İT sahəsini dərindən öyrənmək, özünüzü sınamaq və yeni bacarıqlar qazanmaq istəyirsinizsə — TechWinter Camp 2026 sizi gözləyir!

İştirak Şərtləri:
Düşərgədə aşağıdakı kateqoriyadan olan iştirakçılar qoşula bilər:

• İnformasiya texnologiyaları, kompüter elmləri və digər texniki ixtisaslar üzrə bakalavriat səviyyəsində III və IV kurs tələbələri;
• Magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr.

İştirakçıların həm öyrənməsi, həm də əylənməsi məqsədilə düşərgədə texnoloji yarışlar, komanda oyunları və bilik müsabiqələri təşkil olunacaq. Təlimlərin sonunda bütün iştirakçılar sertifikatla təltif olunacaqlar.

Qeydiyyat Prosesi:
Düşərgədə iştirak etmək istəyən tələbə və məzunlar 29 yanvar 2026-cı il tarixinədək aşağıdakı form vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Seçilmiş namizədlər proqramlaşdırma əsasları, alqoritmlər və məlumat strukturları üzrə baza biliklərinin yoxlanılması məqsədilə keçiriləcək test imtahanında iştirak edəcəklər.

İmtahanı uğurla keçən namizədlər növbəti mərhələ olan imtahan mərhələsinə dəvət olunacaqlar

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar