Diqqət, əziz gənclər!
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3 aylıq könüllülük proqramına start verilir!
Yaş həddi: 14–29
Proqramda bu yaş aralığında olan bütün gənclər iştirak edə bilər.
Proqramın məqsədi:
Gənclərin ictimai və mədəni həyatda daha fəal iştirakını təmin etmək, könüllülük fəaliyyətini təşviq etmək, fərdi inkişaf imkanlarını genişləndirmək, sosial məsuliyyət hissini gücləndirmək və onların təşəbbüskarlığını dəstəkləməkdir.
Proqram çərçivəsində səni nələr gözləyir?
- Müxtəlif layihələrdə iştirak və təşkilatçılıq imkanı
- Öz təşəbbüslərini reallaşdırmaq fürsəti
- Fərqli təlim, seminarlar və bilik yarışlarında iştirak etmək şansı
- Yeni dostluqlar və dəyərlər qazanmaq
- Ən əsası isə – asudə vaxtını səmərəli və əyləncəli keçirmək!
Bu fürsəti qaçırma – özünü inkişaf etdirmək, faydalı təcrübə qazanmaq və gənclər cəmiyyətinin fəal üzvünə çevrilmək üçün indi müraciət et!
Son müraciət tarixi: 10 aprel 2026



