spot_img
HomeElan və XəbərlərMedia nümayəndələrinin diqqətinə!
spot_img

Media nümayəndələrinin diqqətinə!

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanılır.

Layihə çərçivəsində jurnalistlər üçün elm və təhsil sahəsinin aktual mövzularını əhatə edən 10 interaktiv təlim sessiyası təşkil olunacaq. Təlimlər may ayından başlayaraq ilboyu qurum nümayəndələri və sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək.

Qeydiyyatın ilkin mərhələsi üçün son tarix: 30 aprel
Müraciət üçün keçid: https://forms.gle/ytEHbohpYncsVcBS7
Sual və təkliflər üçün elektron poçt: mediaschool@ajn.az
Ətraflı edu.gov.az saytında.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar