spot_img
HomeElan və XəbərlərAzərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni tədris dalğasına qeydiyyat üçün son günlərdir!
spot_img

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni tədris dalğasına qeydiyyat üçün son günlərdir!

Kibertəhlükəsizlik bu gün dövlətlərin dayanıqlığı, bizneslərin təhlükəsizliyi və vətəndaşların rəqəmsal rifahı üçün kritik əhəmiyyət daşıyır. Bu sahədə yüksək dəyər yaradan yanaşma isə nəzəri biliklərlə yanaşı, real praktik tətbiqlərə əsaslanan tədris modeli və bu model əsasında formalaşan peşəkar kadr potensialıdır.

Məhz bu missiyaya xidmət edən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti tədris dalğası üzrə qeydiyyata davam edir.

Proqram çərçivəsində iştirakçılar:
6 ay ərzində intensiv nəzəri və praktiki təlimlər alacaq
“Red Team” və “Blue Team” üzrə tədris alaraq real ssenarilər üzərində işləyəcək
“Technion” Texnologiya İnstitutunun rəsmi sertifikatını əldə edəcək.

Ən yüksək nəticə göstərən 5 məzun isə xaricdə fəaliyyət göstərən qabaqcıl şirkətlərdə 1 aylıq təcrübə proqramında iştirak edərək beynəlxalq təcrübə qazanacaq.

Təlimlər tam təqaüdlüdür və seçim çoxmərhələli proses əsasında həyata keçirilir.

Proqrama 17 yaşdan yuxarı, ingilis dili və baza İKT biliklərinə malik Azərbaycan vətəndaşları müraciət edə bilər.

Qeydiyyat üçün son tarix: 10 may 2026

Gələcəyin kibertəhlükəsizlik mütəxəssislərindən biri olmaq istəyirsinizsə, fürsəti qaçırmayın.

Qeydiyyat: https://bit.ly/4scOlOB

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar