17 may saat 11:00-da Analitik təhlil üzrə sınaq imtahanı baş tutacaq.
Sınaq imtahanından öncə şəxsi kabinetinizdə yerləşdirilən təlimatla tanış olmağınız xahiş olunur.
Zəhmət olmasa, “Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçdiyiniz elektron poçt ünvanını və şəxsi kabinetə daxil olmaq üçün istifadə etdiyiniz şifri xatırladığınızdan əmin olasınız.
Qeyd edək ki, Analitik təhlil üzrə sınaq imtahanının nəticələri əsas imtahan nəticələrinə təsir göstərməyəcək.
Sınaq imtahanında iştirak etməyən namizədlər də Analitik təhlil üzrə əsas imtahanda iştirak edə biləcəklər.



