spot_img
HomeElan və Xəbərlər"Openwave" hakatonuna müraciətlər AÇIQDIR
spot_img

“Openwave” hakatonuna müraciətlər AÇIQDIR

Agentliyimiz, Nərimanov Rayon İcra Hakimiyyəti və “Tedspace” platformasının tərəfdaşlığı ilə keçirilən “Openwave” hakatonu dövlət idarəçiliyində tətbiq olunan açıq innovasiya modelinin təməlini qoyur.

Sizləri dövlət qurumları ilə innovasiya ekosistemi arasındakı əməkdaşlığın yeni mərhələsinə şahidlik etməyə və bu mühüm təşəbbüsün bir hissəsi olmağa dəvət edirik. 29-31 may tarixlərində baş tutacaq 48 saatlıq marafon çərçivəsində innovativ həllərin dövlət idarəçiliyinə inteqrasiyası, rəqəmsal transformasiyanın sürətləndirilməsi və gənc texnoloji istedadların real problemlər ətrafında birləşməsi hədəflənir.

Ərazi idarəetməsi və kommunal sahədə rəqəmsal həllər təklif edərək 10 000 AZN məbləğində mükafat fondu uğrunda mübarizə aparmaq üçün qeydiyyatdan keçməyə tələsin. Sizin hazırlayacağınız texnoloji mexanizmlər gələcəkdə “Openwave” proqramı çərçivəsində seriyalı şəkildə davam etdiriləcək və dövlət idarəçiliyində dayanıqlı innovasiya mədəniyyətini formalaşdıracaq.

Tərəfdaşlar: Tedspace, narimanovrih

Son qeydiyyat tarixi: 24 May

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar