spot_img
HomeElan və Xəbərlər“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı”na tələbə qəbul...
spot_img

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı”na tələbə qəbul elan edilir.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “İxtisaslaşmış Akademik Tədris Proqramı”-nın 2026–2027-ci tədris ilinin payız semestri üzrə qəbul elan olunur. Proqram çərçivəsində tələbələr bilik və bacarıqlarını inkişaf etdirəcək, nəzəri biliklərini real layihələr üzərində tətbiq edəcək, eyni zamanda Nazirliyin tabeliyində olan müəssisə və laboratoriyalarla yaxından tanış olacaqlar. Proqramı uğurla tamamlayan tələbələr Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin məzun bazasına daxil ediləcək və IV kurs tələbələri üçün nəzərdə tutulan “Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İstehsalat Təcrübəsi” proqramında iştirak etmək üçün namizəd kimi qiymətləndiriləcəklər. “İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tədris olunan fənn universitetdə tədris edilən müvafiq fənn ilə ekvivalent sayılaraq, kreditlərin müvafiq qaydada hesablanması nəzərdə tutulur.
Müraciət şərtləri: Proqrama yalnız formda qeyd olunan ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan II kurs tələbələri müraciət edə bilər. Namizədlərin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 baldan yuxarı olmalıdır.
Seçim mərhələləri: Seçim prosesi 4 mərhələdən ibarətdir: 
I. Qeydiyyat mərhələsi
Tələbələrin müraciətləri onlayn platforma vasitəsilə qəbul olunur və ilkin məlumatlar sistemə daxil edilərək qeydiyyata alınır. 
II. Akademik göstəricilərin qiymətləndirilməsi
Tələbələrin təhsil göstəriciləri və ümumi akademik nəticələri ilkin mərhələdə qiymətləndirilir.
III. Test mərhələsi
Seçilmiş tələbələrin məntiqi və riyazi biliklərinin yoxlanılması məqsədilə test imtahanı keçirilir.
IV. Müsahibə mərhələsi
Test mərhələsini uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Tələbələrin qiymətləndirilməsi universitetə qəbul balıümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG)test imtahanı nəticələri və müsahibə mərhələsində əldə olunan balların cəmi əsasında həyata keçirilir.

İlkin mərhələni uğurla keçən namizədlərə növbəti mərhələ barədə ətraflı məlumat elektron poçt vasitəsilə göndəriləcək.
Son müraciət tarixi: 31.05.2026, saat 23:59

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar