UFAZ 2026-2027-ci tədris ili üzrə bakalavr ixtisaslarına qəbul təqvimini təqdim edir:
Daxili imtahanda iştirak üçün iyulun 23-dək admission.ufaz.az saytında qeydiyyatdan keçmək mümkündür. 28 iyul tarixində isə UFAZ binasında 5 fənn – fizika, riyaziyyat, kimya, ümumi fənn bloku və ingilis dili üzrə imtahan keçiriləcək.
İmtahan nəticələri iyulun 30-da elan olunacaq. İyulun 31-də apellyasiya müraciətləri üçün şans yaradılacaq. 31 iyul və 3-6 avqust tarixlərində UFAZ-a qəbul olunan şəxslərin qeydiyyatı aparılacaq.



