spot_img
HomeElan və Xəbərlər"Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsinə start verilir.
spot_img

“Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsinə start verilir.

Əziz gənclər,

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsinə start verilir.

Layihə işğaldan azad olunmuş bölgələrdən olan gənclərin liderlik potensialının inkişaf etdirilməsi, vətənpərvərlik ruhunda formalaşması, şəxsi və peşəkar bacarıqlarının artırılması məqsədini daşıyır.

İştirakçılar 4 günlük düşərgə çərçivəsində peşəkar mütəxəssislər tərəfindən keçiriləcək təlimlərdə, praktiki fəaliyyətlərdə, ekskursiyalarda və komanda işlərində iştirak edəcəklər.

Düşərgə proqramı çərçivəsində gənclərin aşağıdakı mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı olacaq:

Vətənpərvərlik və milli dəyərlər;
İcma liderliyi və sosial təşəbbüskarlıq;
Məşğulluq və peşə bacarıqları.

Tarix: 16–20 iyul
Məkan: Göygöl İdman Kompleksi
Son qeydiyyat tarixi: 20 iyun 18:00

Qarabağ gənclərinin bilik, bacarıq və liderlik potensialının inkişafına töhfə verməyi hədəfləyən bu layihədə görüşənədək!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar